Yaltada beynəlxalq investisiya forumu keçiriləcək

Yaltada beynəlxalq investisiya forumu keçiriləcək
# 31 avqust 2012 08:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sentyabrın 27-30-da Ukrayna Nazirlər Kabinetinin təklifi ilə Yaltada «Yaltanın işgüzar görüşləri» adlı Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, forum Ukrayna Nazirlər Kabinetinin təşkilatçılığı və MDB İcraiyyə Komitəsi, Maliyyə və Bank Şurası, «VTB Bank»ın dəstəyi ilə həyata keçiriləcək. Tədbirdə maliyyə və iqtisadi qurumların, mərkəzi bank və biznes strukturlarının, investisiya şirkətlərinin və bankların nümayəndələrinin iştirakı gözlənilir. Forum çərçivəsində müzakirə olunacaq əsas məsələlərdən biri MDB ölkələrinə investisiyaların cəlb olunması ilə bağlı olacaq.
Əlaqə telefonu: (+7 495) 6217451.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR