Suriyada qiyamçılar Hələbə hücuma başlayıblar

Suriyada qiyamçılar Hələbə hücuma başlayıblar
# 27 sentyabr 2012 19:30 (UTC +04:00)
Bakı-APA. Suriya müxalifətçiləri Hələb şəhərindəki hökumət qoşunlarına qarşı hücuma başladıqlarını bildiriblər.

«Artıq bu gecə ya Hələb bizim olacaq, ya da məğlubiyyətə uğrayıb geri çəkiləcəyik», deyə müxalifətçilərin səhra komandirlərindən olan Əbu Fərat bildirib.

Onun sözlərinə görə, hücumda bir neçə min döyüşçü iştirak edir.

Bir müddət əvvəl xəbər agentlikləri Suriya qoşunlarının Hələb yaxınlığındakı müxalifətə məxsus hərbi texnikanı məhv etdiyini bildirmişdilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR