Azərbaycanın mobil rabitə operatorları 4G-nin tətbiqinə dair protokol imzalayıb

Azərbaycanın mobil rabitə operatorları 4G-nin tətbiqinə dair protokol imzalayıb
# 07 may 2012 10:40 (UTC +04:00)
Protokola əsasən, onlar özləri arasında razılaşdırılmış tezliklər bölgüsü həyata keçirib”. APA-nın xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 4G texnologiyaları üçün heç bir lisenziya tələb olunmur: “Burada əsas məsələ onlar arasında tezliklərin düzgün bölüşdürülməsidir ki, bunu da ötən həftə başa çatdırdıq”.

Ə.Abbasov bildirib ki, mobil operatorlara 4 G texnologiyalarını tətbiq etmək üçün 3 ay vaxt verilib: “Bu müddət ərzində onlar öz texnologiyalarını tətbiq etməsələr, tənzimləyici qurum kimi nazirlik tərəfindən müvafiq addımlar atılacaq”.

Mobil operatorlar tərəfindən tariflərin ucuzlaşdırılmasına münasibət bildirən nazir deyib ki, mobil operatorlar tez-tez kampaniyalar keçirdikləri üçün artıq qiymətin real ucuzlaşması çoxdan baş verib: “Hələlik onlara təzyiq etmək fikrimiz yoxdur, çünki onları qarşıda 4G texnologiyasının tətbiqi və investisiya tələb edən digər böyük layihələr gözləyir. Ona görə də yaxın gələcəkdə tənzimləyici qurum tərəfindən qiymətlərin aşağı salınması üçün təzyiq və yaxud göstərişlər verilməyəcək”.

Ə.Abbasov bildirib ki, 2011-ci ilin sonunda əhalinin 85%-i rəqəmsal texnologiya ilə əhatə olunub. Bu ilin sonuna kimi isə rəqəmsal texnologiyanı 100% həyata keçirmək nəzərdə tutulub: “Eurovision” üçün İctimai Teleradio yüksək təminatlı HD format ilə təmin ediləcək. Bundan başqa, rəqəmsal texnologiyanı özəl sektora da verməyi düşünürük ki, onlar bu sistemlə işlərini təmin etsinlər, rəqəmsal texnologiya üzərində kommersiya xidmətləri göstərə bilsinlər”.

Qeyd edək ki, 4-cü nəsil (4G) texnologiyası dünyada mövcud olan ən son və ən yüksək sürətli mobil data ötürülməsini mümkün edən bir texnologiyadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR