Qarabağ Fondu ABŞ-ın 50 dövlət məktəbində Azərbaycan mədəniyyətini təbliğ edəcək - FOTOSESSİYA

Qarabağ Fondu ABŞ-ın 50 dövlət məktəbində Azərbaycan mədəniyyətini təbliğ edəcək - <font color=red>FOTOSESSİYA</font>
# 14 fevral 2012 12:27 (UTC +04:00)
Fonddan APA-ya verilən məlumata görə, tədbirin iştirakçıları Azərbaycan mədəniyyəti ilə tanışlıq imkanı əldə ediblər.

Longfellow məktəbində təşkil olunmuş Mədəniyyət Bayramı zamanı Qarabağ Fondunun məktəbin Valideyn və Müəllim Birliyi üçün təşkil etdiyi “Ailəni Məktəbə Cəlb Et Həftəsi” layihəsinin və Azərbaycan mədəniyyətinin təqdimatı tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Qarabağ Fondu bu layihəni ABŞ-ın AXA Fondundan aldığı qrant çərçivəsində həyata keçirir. Tədbir layihəni dəstəkləmiş AXA Fondunun nümayəndəsinin açılış nitqi ilə başlayıb. Daha sonra Longfellow orta məktəbində “Ailəni Məktəbə Cəlb Et Həftəsi” layihəsinin icrası üçün vəsait əldə etmiş Qarabağ Fondunun icraçı direktoru Diana Altman layihənin əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, Longfellow orta məktəbi layihə üçün qrant əldə etməyə görə müraciət etmiş 233 məktəb içərisindən seçilmiş 45 məktəbdən biridir. Məktəbin direktoru iştirakçılara müraciət edib bildirib ki, məktəbdə 96 ölkədən nümayəndələr təmsil olunur və Valideyn Müəllim Birlikləri ailələri məktəbə cəlb etməli və məktəb və ailələr arasında əlaqələri gücləndirməlidir.

Təqdimatlardan sonra iştirakçılara Azərbaycan mədəniyyəti haqqında vəsait təqdim olunub və müxtəlif milli geyimlər nümayiş etdirilib. Qarabağ Fondunun könüllü rəqqasları Azərbaycan rəqslərini nümayiş etdiriblər. Qrant layihəsinin icrasının növbəti mərhələsində Qarabağ Fondu Longfellow məktəbi üçün veb səhifə əsaslı Azərbaycan Mədəniyyət Mərkəzi yaradacaq. Mərkəz məktəb icması və yerli sakinlər üçün nəzərdə tutulub və mərkəzdə insanlar üçün çoxlu proqram və müxtəlif resurslar təqdim olunacaq. Mərkəz məktəbə və insanlara imkan yaradacaq ki, müxtəlif mədəniyyət və insanları birləşdirən Qarabağ Fondu kimi təşkilatların fəaliyyəti ilə tanış olsunlar.

Qarabağ Fondu “Ailəni Məktəbə Cəlb Et Həftəsi” layihəsinin icrasını digər ABŞ-ın 50 dövlət məktəbində həyata keçirməyi planlaşdırır. Fond ABŞ-ın məktəb direktorları üçün Azərbaycan və Qafqaz mədəniyyəti haqqında vəsaitlərin məktəb proqramına daxil etmələri haqqında təkliflər hazırlayır.

Qeyd edək ki, Qarabağ Fondu ABŞ-da yaradılmış və mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Bu təşkilat ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycanı, onun Qarabağ bölgəsini və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu ABŞ-da müxtəlif sərgi, ictimai proqram, forum və mübadilə proqramlarının həyata keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR