Lerik şəhərində ilk dəfə kanalizasiya sisteminin qurulmasına başlanıb

Lerik şəhərində ilk dəfə kanalizasiya sisteminin qurulmasına başlanıb
# 28 mart 2012 13:03 (UTC +04:00)
Lerik. Ağəddin Babayev - APA. “Milli su təchizatı və kanalizasiya xidmətləri” layihəsi çərçivəsində Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycanın dağlıq Lerik şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işinə başlanıb.

Lerik Rayon Su-Kanal İdarəsinin rəisi Asif İmanovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, layihəni nəzərdə tutulmuş müddətdə başa çatdırmaqdan ötrü beton zavodu işə salınıb, 90 km-lik plastik borular, digər avadanlıqlar gətirilib. Layihə çərçivəsində Lerik şəhərinə içməli su 15 km-lik məsafədən - Zuvand çayından veriləcək.

İdarə rəisi indiyədək 260 poqonmetrdən artıq boruların qaynaq edilərək yerə basdırıldığını, su təchizatı üzrə 2 ədəd 500 kubluq və 3 ədəd 400 kubluq içməli su təchizatı rezervuarlarının da qurulacağının nəzərdə tutulduğunu bildirib: ”Abonentləri fasiləsiz içməli su ilə təmin etmək məqsədilə Lerik şəhərində ümumilikdə 41 km uzunluğunda xəttin çəkilməsi planlaşdırılıb. Tikinti-quraşdırma işlərinə isə 200 nəfərlik canlı qüvvə ilə yanaşı, ekskavator, qaynaq aqreqatı, asfaltqazan maşın, ağır tonnajlı yük avtomobilləri və traktorlar cəlb olunub. Layihə başa çatdıqdan sonra dağlıq diyarın 60-a yaxın sakini yeni iş yeri ilə təmin olunacaq. Tikintinin isə cari ilin axırınadək başa çatdırılması planlaşdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR