Azərbaycan İrana növbəti dəfə nota verib
28 iyun 2012 16:36 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycan Xarici İşlər Nazirliyi İranda həbsdə saxlanılan azərbaycanlı şairlər - Fərid Hüseyn və Şəhriyar del Geraninin ittiham olunduğu cinayətlərlə bağlı rəsmi Bakının məlumatlandırıldığı barədə İran mətbuatında gedən məlumatları təkzib edib. APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib ki, nə Azərbaycanın İrandakı səfirliyinə, nə də ölkəmizin Təbrizdəki Baş Konsulluğuna bununla bağlı məlumat daxil olmayıb.
Xatırladaq ki, İranın bəzi kütləvi informasiya vasitələri bu ölkədə həbsdə saxlanılan azərbaycanlı şairlər - Fərid Hüseyn və Şəhriyar del Geraninin nartotik maddələrin qaçaqmalçılığında və İsrailə casusluqda təqsirləndirildiyini iddia ediblər. Bu barədə İranın “Tabnak” və “Aran” saytları xəbər yayıb. Məlumatda bildirilib ki, F. Hüseyn və Ş. Gerani şair deyil, Rusiyadan Avropaya narkotik maddələrin daşınması ilə məşğul olan qaçaqmalçılardır: “Onlar İsrailin kəşfiyyat orqanı olan “Mossad”a casusluq etdiklərini etiraf ediblər. F. Hüseyn və Ş. Geraniyə qarşı irəli sürülən ittihamlarla bağlı sənədlər rəsmi Bakıya göndərilib”. Qeyd edək ki, İranda bu ən ağır ittihamlar sayılır və edam cəzasına məhkum edilə bilər.
Elman Abdullayev bildirib ki, bu cür yalan informasiyalar iki ölkə arasında münasibətlərə neqativ təsir göstərir. İran tərəfinin azərbaycanlı şairlərin taleyi ilə bağlı sorğuya cavab verməməsi ilə əlaqədar Azərbaycan tərəfi bu gün İrana növbəti nota təqdim edib. XİN rəsmisi qeyd edib ki, Azərbaycan saxlanan vətəndaşları ilə görüşmək üçün səylərini davam etdirir: “Bu kimi məsələlər Vyana Konvensiyası ilə tənzimlənir. Bu məsələ bizim üçün prioritetdir və biz əvvəlki tək saxlanan vətəndaşlarımızla görüşmək üçün cəhdlərimizi davam etdiririk”.
XİN rəsmisi bildirib ki, İran kütləvi informasiya vasitələrinin Fərid Hüseyn və Şəhriyar del Geraninin guya narkotik maddə qaçaqmalçılığı və İsrail lehinə casusluqda ittiham edilməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və bu cür xəbərlər insanları çaşdırmağa, neqativ atmosfer formalaşdırmağa yönəlib.

Xarici siyasət
Ceyhun Bayramov ATƏT-in sədri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
20:39
6 may 2024
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:18
6 may 2024
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb, ekspert qruplarının işi davam edir
18:01
6 may 2024
Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir - VİDEO
17:58
6 may 2024