Ümumdünya Poçt İttifaqı: Azərbaycan ÜPİ-nin digər ölkələrinə nümunədir

Ümumdünya Poçt İttifaqı: Azərbaycan ÜPİ-nin digər ölkələrinə nümunədir
# 15 oktyabr 2012 10:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun başcılıq etdiyi nümayəndə heyəti BMT-nin ixtisaslaşmış agentliyi olan Ümumdünya Poçt İttifaqının (ÜPİ) Dohada (Qətər) keçirilən 25-ci Konqresində iştirak edib. Nazir müavini səfər çərçivəsində ÜPİ-nin baş katibi Eduard Dayan və Qətərin Rabitə və İnformasiya Texnologiyaları Ali Şurasının baş katibi xanım Hessa əl Cəbir ilə görüşüb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) «APA-Economics»ə verilən məlumata görə, ÜPİ-nin baş katibi ilə görüş zamanı İ.Məmmədov Azərbaycan poçt administrasiyası ilə ÜPİ arasında ikitərəfli işgüzar əlaqələrin inkişafına verdiyi töhfələrə görə RİTN-in «Fəxri fərman»ını E.Dayana təqdim edib. Öz növbəsində E.Dayan göstərilən diqqətə görə minnətdarlıq edərək Azərbaycanda poçt sahəsinin inkişafı ilə əlaqədar həyata keçirilən layihələrə, o cümlədən poçt şəbəkəsində Dünya Bankının dəstəyi ilə tətbiqi uğurla başa çatmış «Poçt maliyyə xidmətlərinin inkişafı Layihəsi»nə görə Azərbaycanın ÜPİ-yə üzv olan digər ölkələrə nümunə olduğunu bildirib.

Qətər Rabitə və İnformasiya Texnologiyaları Ali Şurasının baş katibi H.əl Cəbir ilə keçirilən görüşdə isə, Azərbaycanla Qətər arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın təşviqi üçün İKT sahəsində gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

İ.Məmmədov xanım H.əl Cəbir və E.ayanı noyabr ayında Bakıda keçiriləcək İnternet İdarəçilik Forumu və «Bakutel-2012» beynəlxalq sərgi-konfransına dəvət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR