Azərbaycan alpinistləri Şahdağda genişmiqyaslı təlimlərə başlayır

Azərbaycan alpinistləri Şahdağda genişmiqyaslı təlimlərə başlayır
# 24 oktyabr 2012 07:52 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Alpinizm Federasiyası (AAF) Şahdağ dağlıq ərazisində alpinizm üzrə təlim-məşq toplantısı keçirməyi nəzərdə tutub. Federasiyadan APA-ya verilən məlumata görə, 25 oktyabr – 4 noyabr 2012-ci il tarixləri arasında keçirilməsi nəzərdə tutulan təlimlərdə həm təcrübəli, həm də gənc idmançıların, Azərbaycanın alpinizm üzrə yığma komandası üzvlərinin iştirakı gözlənilir.

AAF mətbuat xidmətindən verilən məlumata görə, təlim-məşq toplantısı proqramı çərçivəsində Bazaryurd (4126 m), Qızıl Qaya (3751 m), Tufandağ (4191 m) zirvələrinə dırmanma planlaşdırılıb.

Tədbirdə “Nikoil”, “Respublika Alpinist-Turist klubu”, “İrbis”, “Qartal” klublarından ümumilikdə 24 idmançı iştirak edəcək.

Təlimlər AAF-ın alpinizm üzrə təcrübəli təlimatçılarının nəzarəti altında keçiriləcək.

Qeyd edək ki, AAF-nın prezidenti, idman ustası İsrafil Aşurlı da təlimlərə qatılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR