Bakının bir neçə qəsəbəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq

Bakının bir neçə qəsəbəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq
# 24 aprel 2012 08:11 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərsu” ASC istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması və yay rejiminə hazırlıqla əlaqədar kompleks tədbirləri davam etdirir.

ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, təsdiq olunmuş proqrama uyğun olaraq aprelin 24-də Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən Maştağa Su anbarına su nəql edən iki magistral kəmərin birində təmir-bərpa işləri aparılacaq.

Yenidənqurma işləri çərçivəsində magistral kəmərin vəziyyəti yoxlanacaq, təmirə ehtiyac olan hissələr bərpa ediləcək, nasaz siyirtmələr yeniləri ilə əvəzlənəcək. Bununla əlaqədar aprelin 24-də Mehdiabad, Digah, Pirşağı, Məhəmmədi qəsəbələrinə, Bağlar zonası, Sovxoz adlanan əraziyə, həmçinin Sabunçu rayonunun şərq hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR