Cabbar Qaryağdıoğlu adına muğam üçlüyü Kazanda çıxış edəcək

Cabbar Qaryağdıoğlu adına muğam üçlüyü Kazanda çıxış edəcək
# 06 iyul 2012 13:46 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində “Musiqi inamı” beynəlxalq musiqi festivalı keçirilir. APA-nın məlumatına görə, iyulun 8-dək davam edəcək festivalda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cabbar Qaryağdıoğlu adına muğam üçlüyü təmsil edir. Xalq artisti Mələkxanım Əyyubova festivalda "Sarı gəlin" mahnısını və "Mahur" təsnifini oxuyacaq. Onu xalq artistləri - professor Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşov (kamança) müşayiət edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR