YAP-ın Zərdab rayon təşkilatının sədri dəyişdirilib

YAP-ın Zərdab rayon təşkilatının sədri dəyişdirilib
# 30 aprel 2012 10:49 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Hakim Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının VII konfransı keçirilib. APA-nın xəbərinə görə, YAP Zərdab rayon təşkilatının sədri Abdullayev Tofiq hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın hesabat dövrü ərzində gördüyü işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən bəhs edib.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.

Konfransda YAP İcra katibinin müavini Mübariz Qurbanlı və Milli Məclisin deputatı Jalə Əliyeva, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev çıxış ediblər.
Müzakirədən sonra təşkilati məsələlərə baxılıb. Pərvin Mahmudova YAP Zərdab rayon təşkilatının sədri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR