Avropa Parlamentinin 16 nəfərlik nümayəndə heyəti Azərbaycana gəlir

Avropa Parlamentinin 16 nəfərlik nümayəndə heyəti Azərbaycana gəlir
# 29 avqust 2012 10:28 (UTC +04:00)
APA-nın məlumatına görə, parlamentarilər baş nazirin müavini və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov, ARDNŞ-in vitse-prezidenti cənab Elşad Nəsirov və xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə görüşəcəklər.

Nümayəndə heyəti Azərbaycanın Avronest PA-da nümayəndə heyəti ilə də görüşəcək.

Qonaqlar sentyabrın 1-də helikopterlə Ağdamda məcburi köçkün qəsəbəsinə, daha sonra isə Şamaxıya səfər edərək regionla yaxından tanış olacaqlar.

Qeyd edək ki, səfər Şamaxının millət vəkili, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun təşəbbüsü və dəvəti ilə baş tutacaq və sentyabrın 2-də başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR