ETTELAAT rəhbəri: “İranın nüvə alimi Daryuş Rzayinejadın qətlinin arxasında CİA və “Mossad” dayanır”

ETTELAAT rəhbəri: “İranın nüvə alimi Daryuş Rzayinejadın qətlinin arxasında CİA və “Mossad” dayanır”
# 23 iyul 2012 11:22 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İranın gənc nüvə alimi Daryuş Rzayinejadın qətlinin arxasında CİA, “Mossad” və bəzi bölgə ölkələrinin kəşfiyyat orqanları dayanır”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın informasiya, təhlükəsizlik və kəşfiyyat naziri (ETTELAAT) Heydər Moslehi bildirib. Onun sözlərinə görə, artıq qatillər həbs olunub: “Bu terror hadisəsi digərləri ilə müqayisədə qarışıq olmasına baxmayaraq, yerli və xarici təşkilatlarla əlaqədə olan 30 nəfər tutulub. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin arxasında sözügedən kəşfiyyat orqanlarının olduğu dəqiqləşib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR