Tərtərdə silahlı şəxs qohumunu öldürməklə hədələyib

Tərtərdə silahlı şəxs qohumunu öldürməklə hədələyib
# 20 avqust 2012 10:41 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Tərtərdə silahlı şəxs qohumunun evinə hücum edib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 17-də Tərtər rayonunun Azad Qaraqoyunlu kənd sakini Maarif Umudov Rayon Polis Şöbəsinə müraciət edərək, qohumu Qabil Zeynalovun evinə gələrək ov tüfəngi ilə onu öldürəcəyi ilə hədələməsini bildirib. Polis əməkdaşları tərəfindən M. Umudovdan həmin hadisədə istifadə etdiyi ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR