Elman Abdullayev: “Ramil Səfərov məsələsinə qiymət verərkən hadisələrin kökünə baxmaq lazımdır”

Elman Abdullayev: “Ramil Səfərov məsələsinə qiymət verərkən hadisələrin kökünə baxmaq lazımdır”
# 06 sentyabr 2012 15:48 (UTC +04:00)
Bakı – APA. “Ramil Səfərov məsələsinə qiymət verərkən hadisələrin kökünə baxmaq lazımdır. Məsələnin kökündə Ermənistanın Azərbaycana təcavüzü, torpaqların işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə aparılması faktı dayanır”. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. Bəzi beynəlxalq təşkilatların R. Səfərovun əfv olunmasının bölgədə sabitliyi poza biləcəyinə dair narahatlığına toxunan E. Abdullayev bəyan edib ki, bölgədə sabitliyə əsas təhlükə Azərbaycan torpaqlarının işğalı faktıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR