Azərbaycan prezidenti paytaxtda salınan yeni parkda görülən işlərlə tanış olub

Azərbaycan prezidenti paytaxtda salınan yeni parkda görülən işlərlə tanış olub
# 01 avqust 2012 16:05 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev paytaxtın Heydər Əliyev prospekti ilə Ələddin Quliyev küçəsinin kəsişməsində salınan yeni parkda görülən işlərlə tanış olub. APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda həyata keçirilən tikinti və yaşıllaşdırma işləri barədə dövlətimizin başçısına məlumat verib. Ərazisi 25 min kvadratmetr olan parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılacağı vurğulanıb. Parkın qısa vaxt ərzində Bakı sakinlərinin istifadəsinə veriləcəyi bildirilib. Həyata keçirilən tikinti-abadlıq işləri ilə yaxından tanış olan prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR