Sabirabadda qız qaçırmaq istəyən üç nəfər saxlanaraq polisə təhvil verilib

Sabirabadda qız qaçırmaq istəyən üç nəfər saxlanaraq polisə təhvil verilib
# 08 avqust 2012 11:31 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda qız qaçırılmasının qarşısı alınıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 7-də saat 10.30 radələrində Şirvan şəhəri ərazisində, Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən "VAZ-21074" markalı avtomaşın nəzarət qaydasında saxlanılıb. Avtomaşının sürücüsünün Bakı şəhər sakini Kənan Əliquliyev, sərnişinlərinin isə Bakı şəhər sakini Qüdrət Həsənov, Saatlı rayon sakinləri Nuridə Kərimova və Mürvət Kərimov olmaları müəyyən edilib. Nuridə Kərimova polisə zorla qaçırıldığını bildirib. K. Əliquliyev, Q. Həsənov və M. Kərimov saxlanılaraq Saatlı Rayon Polis Şöbəsinə təhvil veriliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR