Sabirabadda əxlaqsızlıq yuvası aşkarlanıb

Sabirabadda əxlaqsızlıq yuvası aşkarlanıb
# 26 iyul 2012 10:11 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanın Sabirabad rayonunda əxlaqsızlıq yuvalarının aşkar edilməsi məqsədilə reyd keçirilib. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən APA-ya verilən məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad sakini, 1979-cu il təvəllüdlü İbişov Zaur İmanverdi oğlunun xidmətçi işlədiyi Sabirabad rayonu, Şəhriyar kəndi ərazisində, Sabirabad-Şirvan şosesinin kənarında yerləşən adsız kafedən əxlaqsızlıq yuvası kimi istifadə etməsi müəyyən edilib. Əməliyyat zamanı həmin kafedə polis əməkdaşlarına müqavimət göstərilməsi faktı baş verib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR