Azərbaycan prezidenti Koreya səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan prezidenti Koreya səfirinin etimadnaməsini qəbul edib
# 13 sentyabr 2012 14:41 (UTC +04:00)
Bakı – APA. Prezident İlham Əliyev sentyabrın 13-də Koreyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İnin etimadnaməsini qəbul edib. APA-nın məlumatına görə, Azərbaycanla Koreya arasında fəal siyasi əlaqələrin mövcud olduğunu vurğulayan dövlət başçısı ölkələr arasında iqtisadi, mədəni, neft-kimya, enerji, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın yaxşı səviyyədə olduğunu deyib.

Azərbaycanda çoxlu sayda Koreya şirkətinin fəaliyyət göstərdiyini qeyd edən prezident ölkələri arasında qısa müddət ərzində möhkəm tərəfdaşlıq əlaqələrinin qurulduğunu bildirib. Koreya Respublikasına səfərlərini xatırlayan dövlət başçısı münasibətlərin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Səfirə fəaliyyətində uğurlar arzulayan prezident ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində, səfir Çoi Suk-İn Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR