Leon Panetta: ABŞ-ın İrana hücumla bağlı planı var

Leon Panetta: ABŞ-ın İrana hücumla bağlı planı var
# 10 mart 2012 03:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Biz İranın nüvə silahına sahib olmasının qarşısını almağa çalışırıq. Əgər diplomatik səylər nəticə verməzsə, bu ölkənin nüvə obyektlərinə hərbi müdaxilə ediləcək. ABŞ-ın bununla bağlı lazımi planı da var”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın müdafiə naziri (Pentaqon) Leon Panetta “National Journal” jurnalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu plan Corc Buşun prezidentliyi dövründə işlənib və hazırda üzərində təkmilləşdirmə işləri aparılır: “ABŞ məcburiyyət qarşısında qalsa, İrana hərbi müdaxilə edəcək”. L. Panetta hesab edir ki, İsrail İranın nüvə obyektlərinə hərbi müdaxilə barədə hələlik heç bir qərar qəbul etməyib: “Biz hazırda belə bir hücumun İsrailə verəcəyi zərəri araşdırırıq. Ancaq İsrail belə bir addım atsa, ABŞ-ı öz yanında görəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR