Cəbhə bölgəsində qanvermə aksiyası keçirilib

Cəbhə bölgəsində qanvermə aksiyası keçirilib
# 04 fevral 2012 12:52 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Ağdamda qanvermə aksiyası keçirilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, 120 nəfərdən çox yerli sakin talassemiyalı və hemofiliyalı xəstələrə kömək məqsədilə donorluq edib. Qanın götürülməsi işini B.Eyvazov adına Respublika Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının Bərdə rayon şöbəsinin əməkdaşları həyata keçirib.
Ağdam rayon Uşaq Xəstəxanasının baş həkimi Həqiqət Süleymanova APA-nın Qarabağ bürosuna bildirib ki, bu günədək Ağdamda 11 nəfər talassemiyalı, 5 nəfər isə hemofiliyalı xəstə qeydiyyata alınıb. Onlara kömək məqsədilə, hər il bu cür humanitar aksiyalar keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR