Yanvar ayında Azərbaycandan Gürcüstana 58698 nəfər turist gedib

Yanvar ayında Azərbaycandan Gürcüstana 58698 nəfər turist gedib
# 08 fevral 2012 20:24 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Yanvar ayında Azərbaycandan Gürcüstana 58698 nəfər turist gəlib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Sərhədləri Müdafiə Departamenti və Milli Turizm Agentliyi məlumat yayıb.

Məlumata görə, yanvarda Gürcüstana cəmi 227 006 nəfər turist səyahət edib. Bu, geçən ilin müvafiq ayı ilə müqayisədə 41% çoxdur. 2012-ci ilin ilk ayında Gürcüstana Türkiyədən 93516, Azərbaycandan 58698, Ermənistandan 36856, Rusiyadan 17227, İrandan 2411, ABŞ-dan 1853, Almaniyadan 981, Qazaxıstandan 897 və Yunanıstandan 878 nəfər turist gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR