«Təmiz Şəhər» ASC növbəti yaşıllaşdırma aksiyası keçirib

«Təmiz Şəhər» ASC növbəti yaşıllaşdırma aksiyası keçirib
# 07 may 2012 07:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Təmiz Şəhər» ASC Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş yaşıllaşdırma aksiyası keçirib.
ASC-dən «APA-Economics»ə verilən məlumata görə, yaşıllaşdırma aksiyası Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunun ətrafında keçirilib. Aksiya çərçivəsində İqtisadi İnkişaf Nazirliyi və «Təmiz Şəhər» ASC-nin əməkdaşları müxtəlif ağaclar və bəzək kolları əkib və abadlıq işləri aparıb. Ümumilikdə tədbir çərçivəsində 1 000-ə yaxın ağac və bəzək kolu əkilib, ətrafda təmizlik işləri aparılıb.
Qeyd edək ki, 2010-cu ildən başlayaraq Balaxanı poliqonu ərazisində ekoloji tarazlığın bərpası məqsədilə İqtisadi İnkişaf Nazirliyinin və «Təmiz Şəhər» ASC-nin əməkdaşlarının iştirakı ilə ildə iki dəfə (yaz və payız aylarında) yaşıllaşdırma işləri aparılır. Bu günədək keçirilən yaşıllaşdırma aksiyalarında 4 mindən çox ağac və bəzək kolları əkilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR