Xarici ölkələrdə təhsil almış azərbaycanlı gənclərin diplomlarının tanınması ilə bağlı yeni elektron sistemin təqdimatı keçirilib
08 oktyabr 2012 08:15 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Təhsil Nazirliyində xarici ölkələrdə təhsil almış azərbaycanlı gənclərin diplomlarının tanınması ilə bağlı yeni elektron sistemin təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, diplomunun tanınması ilə bağlı müraciət edən şəxsə elektron ərizə ilə müraciət etdikdən sonra ona təhlükəsizlik kodu veriləcək: “Müraciət edən həmin kodla sistemə daxil olaraq, öz ərizəsinə baxılma vəziyyətini öyrənə biləcək. Bu sistem əsasında müraciət edən şəxsə sənədlərindəki hansısa çatışmazlıq və ya sənədlərinin qəbul olunub-olunmadığı barədə məlumat verilir. İstənilən dövlət və qeyri-dövlət müəssisəsi bu sistemdəki məlumatlar barədə mütəmadi olaraq, informasiya əldə edə biləcəklər. Müraciət edənin ərizəsinə o zaman baxılır ki, o, bütün sənədləri doldurduqdan sonra müvafiq dövlət rüsumunu - 15 manatı ödəsin”.
M. Mərdanovun sözlərinə görə, bu sistemin yaradılması şəffaflığın təmin edilməsi yönündə atılan addımlardan biridir. Sistemin tətbiqi nəticəsində artıq diplomunu tanıtmaq istəyən şəxsin nazirliyə gəlməsinə ehtiyac qalmayacaq.
Nazir təqdim olunan sistemdə bəzi düzəlişlərin edilməsini də zəruri sayıb: “Bəzi hissələrin adları dəyişdirilməli və insanları başa düşəcəyi daha sadə dildə göstərilməlidir. Bu sistem hələ aktiv deyil. O, yalnız müəyyən düzəlişlər edildikdən və tam bəyənildikdən sonra istifadəyə veriləcək. Bunun hazırlanmasında isə əsas məqsəd insanların elektron biliklərinin artırmaqdır”.

Sosial
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib
19:11
6 may 2024
DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər
18:06
6 may 2024
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
16:38
6 may 2024
Magistraturaya qəbul olmaq istəyənlərə şad xəbər: UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb
16:27
6 may 2024