Cəlilabad rayonunda 70 yaşlı qadını maşın vuraraq öldürüb

Cəlilabad rayonunda 70 yaşlı qadını maşın vuraraq öldürüb
# 17 fevral 2012 11:30 (UTC +04:00)
Cəlilabad. Azərbaycanın Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Uzuntəpə kənd sakini Kazım Nuriyev rayon Qaz İstismar Sahəsinə məxsus “UAZ” markalı, 15 AZ 284 dövlət nömrə nişanlı avtomobili idarə edərkən həmkəndlisi, 70 yaşlı Minarə Böyükxan qızı İmanovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan M. İmanova Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Hadisəni törətmiş sürücü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR