Səudiyyə Ərəbistanı kralı Suriyaya dair danışıqların mənasız olduğunu bildirib

Səudiyyə Ərəbistanı kralı Suriyaya dair danışıqların mənasız olduğunu bildirib
# 22 fevral 2012 18:57 (UTC +04:00)
Bakı-APA. Səudiyyə Ərəbistanının kralı Abdulla Rusiya prezidenti Dmitri Medvedevlə telefon söhbətində Suriyada münaqişə tərəfləri arasında dialoq keçirilməsinin mənasız olduğunu bəyan edib. Bu barədə Səudiyyə media orqanları məlumat yayıblar.

«İndidən belə Suriyada baş verənlərə dair istənilən dialoqun mənası yoxdur», deyə kral bildirib.

«Dmitri Medvedev və kral Abdulla Suriyada baş verən hadisələrin fonunda Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıblar. Söhbət zamanı iki lider bölgədə vəziyyətin sabitləşməsi naminə ikitərəfli səylərin əlaqələndirilməsi məsələlərini müzakirə ediblər», deyə məlumatda bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR