Vidadi İsgəndərlinin kassasiya şikayəti təmin olunmayıb

Vidadi İsgəndərlinin kassasiya şikayəti təmin olunmayıb
# 15 fevral 2012 09:35 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ali Məhkəmədə deputatlığa keçmiş namizəd Vidadi İsgəndərlinin Şəki Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından verdiyi kassasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. Vəkil Yalçın İmanovun APA-ya verdiyi xəbərə görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, kassasiya şikayətinin təmin olunmayıb.

Qeyd edək ki, Göyçay rayon Məhkəməsinin hökmü ilə V. İsgəndərov 3 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən isə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilib. Məhkəmənin ilkin baxış iclasında V. İsgəndərlinin vəkili Yalçın İmanov prosesin istintaqla aparılması və həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb. Lakin həmin vəsatət təmin olunmadığından qərardan kassasiya şikayəti verilib.

İttihama görə, 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar 89 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyasından Vidadi İsgəndərli barəsində daxil olmuş məlumat əsasında Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə cinayət işi başlanıb. Bu il mayın 2-də Vidadi İsgəndərova qeyd edilən maddələrlə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR