“Ford” 140 min “Ford Focus” avtomobilini geri çağırır

“Ford” 140 min “Ford Focus” avtomobilini geri çağırır
# 09 aprel 2012 10:39 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın “Ford Motor Co.” avtomobil şirkəti 140 min ədəd “Ford Focus” avtomobilini geri çağırmaq qərarına gəlib.

APA-Economics”in xəbərinə görə, buna səbəb sürücü tərəfdən ön şüşətəmizləyənlərdə yaranmış nasazlıqdır.

Geri çağırılan avtomobillər 1 avqust-18 oktyabr 2010-cu ildə istehsal olunub. şüşətəmizləyəndə yaranmış nasazlıq sürücü tərəfdən görməni azalda və nəticədə yol qəzasına səbəb ola bilər. Hələlik bu nasazlıq üzündən baş verən qəzalar haqqında hər hansı informasiya daxil olmayıb.

May ayının sonundan etibarən “Ford” sözügedən problemin pulsuz aradan qaldırılmasına başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR