İctimai Palata ilə Ziyalılar Forumu arasında görüş olub

İctimai Palata ilə Ziyalılar Forumu arasında görüş olub
# 12 may 2012 15:12 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün İctimai Palatanın Koordinasiya Şurasının və Ziyalılar Forumunun İdarə Heyətinin üzvlərinin görüşü olub.

Ziyalılar Forumunun İdarə Heyətinin üzvü Eldar Namazovun APA-ya verdiyi məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, birgə fəaliyyət istiqamətləri müzakirə olunub və tərəflər arasında Kommunike qəbul olunub.

Kommunikedə Ziyalılar Forumu və İctimai Palata arasında ümumi əməkdaşlığın davam etdirilməsi, ölkədəki ictimai-siyasi qüvvələrin konsolidasiyası məqsədi ilə Ümumrespublika Demokratik Müşavirənin 2012-ci ilin payızında keçirilməsi, müşavirədə bütün qüvvələrin və şəxslərin iştirakının təmin olunması, mayda yerli və xarici KİV nümayəndələri üçün birgə brifinqin təşkili, o cümlədən həbsdə olan müxalifətçilərin azadlığa buraxılması barədə bəyanatın qəbul edilməsi kimi məsələləri əksini tapıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR