Mahaçqalada əməliyyat keçirilib, bir terrorçu öldürülüb
19 may 2012 08:54 (UTC +04:00)
APA-nın məlumatına görə, əməliyyat zamanı mayın 3-də Dağıstan paytaxtında törədilmiş partlayışlarda iştirak etmiş qruplaşmanın bir üzvü öldürülüb, digəri isə sağ ələ keçirilib. Xatırladaq 3 may terror aktları nəticəsində 13 nəfər həlak olub, onların əksəriyyəti polis əməkdaşlarıdır. Əməliyyatdan əvvəl terrorçuların gizləndiyi evdə 3 qadın və iki azyaşlı uşağın olduğu müəyyənləşib. Əlavə itkilərə yol verməmək üçün terrorçularla danışıqlara başlanılıb, nəticədə terrorçular qadın və uşaqları sərbəst buraxıblar. Daha sonra terrorçulara təslim olmaq təklif edilib, buna cavab olaraq silahlılar atəş açmağa başlayıblar. Ev hücumla ələ keçirilib, bir terrorçu öldürülüb, digəri sağ ələ keçirilib. Öldürülən şəxsin Buynaks sakini, 1992-ci il təvəllüdlü Mansur Mahmud Midal olduğu müəyyənləşib. Mansurun bundan əvvəl “Kaspi” qruplaşmasının üzvü olduğu, bir sıra ağır cinayətlərdə iştirak etdiyi bildirilir.
MDB
Putin TŞ-nin daimi üzvləri ilə postsovet məkanındakı dövlətlərlə münasibətləri müzakirə edib
19:36
13 may 2024
Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla sərhədindəki dayaq məntəqələrini tərk edir
16:26
13 may 2024
Qazaxıstanda eks-nazirə 24 il həbs verilib
16:15
13 may 2024
Ararat Mirzoyan sələflərini fərari adlandırıb
15:31
13 may 2024