Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi ilə bağlı tədbir keçirilib - FOTO

Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi ilə bağlı tədbir keçirilib - <font color=red>FOTO</font>
# 29 oktyabr 2012 10:48 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Təhsil Nazirliyində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (Deinstitusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası istiqamətində Təhsil Nazirliyi ilə “Hilvfsverk Avstriya” beynəlxalq təşkilatının “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin həyata keçirilməsinə dair tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə maliyyə naziri Samir Şərifov, Avstriyanın Azərbaycandakı səfiri Silviya Mayer-Kaybiç də iştirak edib.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, məqsəd layihə çərçivəsində yaradılması nəzərdə tutulan alternativ xidmətlərin maliyyələşdirmə mexanizmləri ilə bağlı müzakirələr aparmaqdır. Nazir deyib ki, layihə çərçivəsində valideyn himayəsindən məhrum olan və daimi müəssisədə yaşayan 10 nəfər uşaq üçün ailə tipli kiçik qrup evi tikilib və uşaqların istifadəsinə verilib. Hazırda kiçik qrup evinin saxlanması xərcləri layihəyə ayrılan vəsait hesabına həyata keçirilir. Layihə başa çatdıqdan sonra evin saxlanması xərclərinin dövlət büdcəsindən ayrılan vəsait hesabına ödənilməsi nəzərdə tutulur.

M.Mərdanov bildirib ki, müəssisələrin və yaradılmaqda olan yeni himayədar qayğı xidmətlərini tənzimləyən “Ailə tipli kiçik qrup evi haqqında nümunəvi nizamnamə” və “Himayədar ailə haqqında əsasnamə” hazırlanıb və baxılması üçün Nazirlər Kabinetinə təqdim olunub: “Bununla yanaşı, layihə çərçivəsində pilot seçilmiş Xəzər rayonu ərazisindəki internat məktəblərində yaşayan uşaqlar içərisindən himayədar ailələrə veriləcək 50 nəfər uşaq seçilib. Himayədar ailə olmaq şəxslərə təlimlərin keçirilməsi üçün təlim proqramı hazırlanıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR