Bakıda baş verən ağır yol qəzasında 15 nəfərin yaralandığı açıqlanıb

Bakıda baş verən ağır yol qəzasında 15 nəfərin yaralandığı açıqlanıb
# 26 sentyabr 2012 13:07 (UTC +04:00)
Stansiyadan APA-ya verilən məlumata görə, yaralılardan 9 nəfər Klinik Tibbi Mərkəzə, 6 nəfər isə Travmatologiya İnstitutuna yerləşdirilib.

Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov hadisə nəticəsində mərkəzə 14 nəfərin gətirildiyini deyib. Onlardan 6 nəfər xəstəxanada saxlanıb, digərləri isə yardım göstərildikdən sonra evə buraxılıb.

Qeyd edək ki, bu gün Bakının Qaradağ rayonunda “KamAZ” markalı yük maşını ilə sərnişin avtobusu toqquşub. Qaradağ rayon Polis İdarəsi hadisə ilə bağlı araşdırma aparır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR