“Azərbaycanda doktorantura təhsilinin dövlət standartı və proqramı” üzərində iş yekunlaşıb

“Azərbaycanda doktorantura təhsilinin dövlət standartı və proqramı” üzərində iş yekunlaşıb
# 04 iyun 2012 14:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda doktorantura təhslinin dövlət standartı və proqramı” üzərində iş yekunlaşıb. Bu barədə APA-ya Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynova bildirib. Onun sözlərinə görə, bu həftə sənədin yekun variantı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə razılaşdırılacaq və gələn həftə Azərbaycan Nazirlər Kabinetinə təqdim ediləcək: “Sənəddəki əsas yenilk doktoranturada kredit sisteminin təklif olunmasıdır. Təhsil Nazirliyi doktoranturada kredit sisteminin tətbiqini təklif edir. Amma akademiya buna necə reaksiya verəcək, hələ bilmirik”.

G. Hüseynova hazırlanan sənədin 6 il qüvvədə olacağını deyib. Sənəd Azərbaycanda doktoranturanın məzmunu, idarə olunması, infrastrukturu və proqramlarını əhatə edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR