Azərbaycanda əcnəbilərə məxsus əmlak 14% artıb

Azərbaycanda əcnəbilərə məxsus əmlak 14% artıb
# 06 iyul 2012 08:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Xarici ölkə vətəndaşlarının Azərbaycanda aldıqları əmlakın sayı artmaqdadır.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin sonuna xarici vətəndaşlar Azərbaycanda 1265 daşınmaz əmlaka sahib olub ki, bu da bir il əvvələ - 2010-cu ilin nəticələrinə nisbətən 155 əmlak və ya 14% artıqdır.

Xaricilərə məxsus əmlakın böyük hissəsini - 942-ni mənzillər təşkil edir. Bundan başqa, xaricilər 191 fərdi evə və 2 bağ evinə malikdir. Əcnəbi vətəndaşlar ölkəmizdə qeyri-yaşayış obyektlərinin də sahibidir. Belə ki, hazırda 74 torpaq sahəsi, 45 qeyri-yaşayış sahəsi, 10 qeyri-yaşayış binası və 1 əmlak kompleksi xaricilərə məxsusdur.

Bir il əvvəllə müqayisədə xaricilərə məxsus mənzillərin, fərdi yaşayış evlərinin, torpaq sahələrinin, qeyri-yaşayış sahələrinin və qeyri-yaşayış binalarının sayı artıb. Bağ evləri və əmlak komplekslərinin sayı isə cüzi də olsa, azalıb. Belə ki, xaricilərin sahib olduğu mənzillərin sayı 833-dən 942-yə, fərdi evlər 183-dən 191-ə, torpaq sahələri 55-dən 74-ə, qeyri-yaşayış sahələrinin sayı 27-dən 45-ə, qeyri-yaşayış binalarının sayı 5-dən 10-a qalxıb.

Xaricilər təkcə Bakıda yox, ölkənin bütün ərazisində əmlak əldə edirlər. Amma xaricilərin sahib olduğu əmlakın əsas hissəsi hələ də Bakıdadır. ƏMDK-nin məlumatlarına əsasən, əcnəbilərin aldığı əmlakların 900-ü və ya ümumi əmlak sayının 71%-i paytaxtdadır. Bundan 800-ü mənzil, 49-u fərdi yaşayış evi, 44-ü qeyri-yaşayış sahəsidir.

Bakıdan sonra xaricilərin əmlak aldığı ən populyar ərazi Quba-Xaçmaz zonasıdır. Bu regionda xaricilər 72 əmlaka sahibdir. Bunların 8-i mənzil, 44-ü fərdi yaşayış evi, 19-u torpaq sahəsidir. Xaricilərin daşınmaz əmlak almaq üçün ən çox maraq göstərdiyi digər regionlar Sumqayıt (53), Şəmkir və Zaqatala (hər biri 42), Gəncə (39) və Yevlax ərazi idarəsinin əhatə etdiyi ərazilərdir (30 əmlak). Belə ki, xaricilər ölkənin bölgələrində Sumqayıtda 48, Gəncədə 34, Yevlaxda 25 mənzilə sahibdir. Fərdi evlərin sayına görə Bakı və Xaçmazdan sonrakı yerləri Zaqatala (24 fərdi ev), Şəmkir (17), Qəbələ (12) və Bərdə (11 fərdi ev) rayonları tutur. Xaricilər torpaq sahələrini ən çox Şəmkirdə (24) və Xaçmazda (19) əldə ediblər.

Ümumilikdə xaricilərin əmlak sahibi olduğu ərazi idarələrinin 9-unda əmlakların sayının artımı, 7-sində azalma müşahidə edilib.

Cədvəl 1. 2010-2011-ci illərdə xarici vətəndaşlar tərəfindən
(hazırda hüquq sahibi olan) qeydiyyata alınmış əmlakların sayı


Əmlak növü

2010

2011

Mənzil

833

942

Fərdi yaşayış evi

183

191

Torpaq

55

74

Qeyri-yaşayış sahəsi

27

45

Qeyri-yaşayış binası

5

10

Bağ evi

5

2

Əmlak kompleksləri

2

1

Ümumi

1110

1265


Mənbə: Əmlak Məsələləri Dövlət Komitəsi

Cədvəl 2. 2010-2011-ci illərdə xarici vətəndaşlar tərəfindən
qeydiyyata alınmış əmlakların ərazi idarələri üzrə sayı


Ərazilər

2010

2011

Bakı Şəhər Ərazi İdarəsi

765

900

Abşeron Ərazi İdarəsi

3

10

Bərdə Ərazi İdarəsi

8

15

Beyləqan Ərazi İdarəsi

3

12

Cəlilabad Ərazi İdarəsi

30

7

Gəncə Ərazi İdarəsi

51

39

Lənkəran Ərazi İdarəsi

0

0

Qəbələ Ərazi İdarəsi

11

15

Şamaxı Ərazi İdarəsi

4

5

Şəki Ərazi İdarəsi

1

1

Şəmkir Ərazi İdarəsi

14

42

Şirvan Ərazi İdarəsi

14

6

Sumqayıt Ərazi İdarəsi

68

53

Tovuz Ərazi İdarəsi

19

6

Ucar Ərazi İdarəsi

13

10

Xaçmaz Ərazi İdarəsi

54

72

Yevlax Ərazi İdarəsi

32

30

Zaqatala Ərazi İdarəsi

20

42

Ümumi

1110

1265


Mənbə: Əmlak Məsələləri Dövlət Komitəsi
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR