“Eurovision-2012”də Azərbaycanı təmsil etmək üçün mübarizə aparacaq beş finalçının hər biri canlı yayımda 30 dəqiqə çıxış edəcək

“Eurovision-2012”də Azərbaycanı təmsil etmək üçün mübarizə aparacaq beş finalçının hər biri canlı yayımda 30 dəqiqə çıxış edəcək
# 06 fevral 2012 11:50 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. “Eurovision-2012» mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyən olunması üçün final mərhələsinə vəsiqə qazanan beş ifaçı bu gündən etibarən canlı efirdə çıxış edəcəklər. APA-nın məlumatına görə, hər bir ifaçı izləyicilərə özünü daha da yaxından tanıtmaq üçün 30 dəqiqəlik proqramda bacarığını nümayiş etdirəcək. Bu gün 22.00-da ilk olaraq İctimai Televiziyanın efirində Arzu İsmayılovanın çıxışı planlaşdırılır.

Finalda Arzu İsmayılova, Fəqan Səfərov, Elton İbrahimov, Səbinə Babayeva və Orxan Kərimli mübarizə aparır. Bakıda keçiriləcək “Eurovision 2012”də Azərbaycanı təmsil edəcək şəxsin adı bu həftənin sonunda açıqlanacaq. Fevralın 12-də Heydər Əliyev Sarayında keçiriləcək milli final gecəsində münsiflər heyətinin rəyi əsasında 5 finalçı arasından qalib müəyyən olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR