Moskvada Azərbaycan vətəndaşlarının daxil olduğu qrupdan 1 milyon dollar dəyərində heroin aşkarlanıb

Moskvada Azərbaycan vətəndaşlarının daxil olduğu qrupdan 1 milyon dollar dəyərində heroin aşkarlanıb
# 06 fevral 2012 18:40 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Moskvada Azərbaycan, Tacikistan və Özbəkistan vətəndaşlarından ibarət narkotik alveri ilə məşğul olan böyük qrup zərərsizləşdirilib. APA-nın Moskva bürosunun məlumatına görə, paytaxt polisi tərəfindən zərərsizləşdirilən qrupun üzərindən 1 milyon ABŞ dolları dəyərində narkotik vasitə sayılan heroin aşkarlanaraq götürülüb.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, dəstə üzvləri heroini Orta Asiyadan gizli yolla Moskvaya gətiriblər. Onlar heroini müştərilərinə satarkən pulu nağd şəkildə qəbul etməyiblər, bank hesabı açaraq müştərilərdən pulu həmin hesaba köçürmələrini tələb ediblər. Pul onların hesabına köçürüləndən sonra isə müştərilərə heroinin harada olduğu barədə xəbər verilib.

Rusiya Narkotiklərə Qarşı Federal Mübarizə Xidməti əməkdaşları dəstə üzvlərinin adlarını da açıqlayıblar. Bunlar Akim İbrahimov, Azər Abbasov və Əziz Ziyayev və Natiq adlı şəxslərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR