Göyçayda yanğın təhlükəsizliyi ilə bağlı reyd keçirilib

Göyçayda yanğın təhlükəsizliyi ilə bağlı reyd keçirilib
# 07 fevral 2012 12:08 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı ilə bu gün Göyçay rayonunda fəaliyyət göstərən bazar və ticarət mərkəzlərində yanğın təhlükəsizliyi ilə bağlı reyd keçirilib. APA-nın məlumatına görə, tədbir zamanı geyim əşyaları, elektrik avadanlıqları və məişət əşyalarının satışı ilə məşğul olan 150 sahibkara yanğın zamanı davranış qaydaları barədə məlumatlar verilib. Reyddə dövlət yanğın nəzarəti idarəsinin, rayon paylayıcı elektrik şəbəkəsinin 20-yə yaxın əməkdaşı və bazar rəhbərliyi iştirak edib. Bəzi ticarət mərkəzlərindəki elektrik naqillərində, qeyri-standart qızdırıcıların quraşdırılmasında aşkar edilən nöqsanlar barədə sahibkarlara məlumatlar verilib. Ticarət mərkəzinin rəhbərliyi və sahibkarlar yanğın avtomobillərinin bazar ərazisinə sərbəst yaxınlaşması üçün lazımı şəraitin yaradılması, su mənbələrinin nasazlığının aradan qaldırılması, mağazaların yanğınsöndürmə vasitələri ilə təchiz edilməsi haqda təlimatlandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR