Gənc vokalçı Emin Eminzadə İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb

Gənc vokalçı Emin Eminzadə İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb
# 09 fevral 2012 10:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi gənc vokalçı Emin Eminzadəni qəbul edib. APA-nın xəbərinə görə, görüşdə gənc vokalçı yaradıcılığı haqqında məlumat verib, 2011-ci ildə İtaliya keçirilən festivalda iştirakı, məşhur müğənni Robertino Loretti ilə yaradıcılıq əlaqələri haqqında danışıb.

Görüşdə Emin Eminzadənin vokal istiqaməti üzrə təhsilini İtaliyada davam etdirməsi də müzakirə olunub. E. Eminzadənin təhsili və gələcək fəaliyyətinə dəstək verməyə həmişə hazır olduqlarını deyən səfir bildirib ki, Azərbaycanda İtaliya Mədəniyyət Günlərinin keçirilməsi ilə bağlı hazırlıqlara başlanıb. Bu il keçirilməsi planlaşdırılan bu tədbir çərçivəsində R. Lorettinin Azərbaycana dəvət olunması və E. Eminzadə ilə birgə konsert poqramının keçirilməsi də arzuolunandır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR