Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hava şəraiti ilə əlaqədar yolda qalan şəxsləri xilas ediblər

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hava şəraiti ilə əlaqədar yolda qalan şəxsləri xilas ediblər
# 11 fevral 2012 10:26 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hava şəraiti ilə əlaqədar yolda qalan şəxsləri xilas ediblər.

APA-nın nazirliyin saytına istinadən xəbərinə görə, Sumqayıt şəhərində “Hyundai” və “Mercedes” markalı 2 minik avtomobili, “Ford” və “Suzuki” markalı 2 sərnişin avtobusu hava şəraiti ilə əlaqədar yolda çətin vəziyyətlə üzləşib. Xilasedicilər müvafiq texnika vasitəsilə yolda qalmış avtomobillərin hərəkətinin bərpa edilməsi üçün zəruri tədbirlər görüblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR