İlk peşə-ixtisas təhsili müəssisələri üçün pilot tədris proqramları təsdiq edilib

İlk peşə-ixtisas təhsili müəssisələri üçün pilot tədris proqramları təsdiq edilib
# 13 fevral 2012 08:44 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrində kadr hazırlanması üçün "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi tərəfindən hazırlanmış "Aşpaz", “Ofisiant", "Barmen", "Səyahət agenti" və "Otel resepsionisti (Mehmanxana inzibatçısı)" ixtisaslarının təhsil proqramları (kurikulumları) təsdiq edilib. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, nazir Misir Mərdanov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən həmin ixtisaslar üzrə hazırlanmış kurrikulumların pilot tətbiqi İsmayıllı Peşə Tədris Mərkəzində həyata keçiriləcək. İxtisaslar üzrə təhsil proqramlarının tətbiqi ilə əlaqədar İsmayıllı Peşə Tədris Mərkəzinə köməklik göstəriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR