Avropa Birliyi Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə layihə həyata keçirir

Avropa Birliyi Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə layihə həyata keçirir
# 14 fevral 2012 09:08 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Avropa Birliyi Azərbaycan Vergilər Nazirliyi ilə birlikdə vergi inzibatçılığında audit və risklərin idarə edilməsi prosesinin tənzimlənməsi və təkmilləşdirilməsi üzrə tvininq layihəsi həyata keçirir.

APA-Economics”in xəbərinə görə, büdcəsi 1 mln. avro olan layihə 24 ay müddətinə həyata keçiriləcək.

Layihə elektron audit sisteminin işlənib hazırlanması və tətbiqi yolu ilə Vergilər Nazirliyinin audit sahəsində effektivliyinin artırılmasına yönəlib. Layihənin reallaşdırılması zamanı Niderland, Almaniya və Avstriya bu sahədəki müsbət qanunvericiliyik təcrübəsi nəzərə alınacaq.

Qeyd edək ki, elektron auditin hüquqi əsasları haqqında qanun layihəsi bu il ərzində Azərbaycan parlamentinə təqdim olunması gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR