«Bank VTB Azərbaycan»ın məcmu kapitalı ötən il 20% azalıb

«Bank VTB Azərbaycan»ın məcmu kapitalı ötən il 20% azalıb
# 17 fevral 2012 07:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Rusiyanın «VTB Group»una daxil olan «Bank VTB Azərbaycan» ASC-nin aktivlərinin həcmi 2012-ci ilin yanvar ayının 1-nə 50,486 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 88% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 3,2 dəfə artaraq 46,025 mln. manat, depozit portfeli isə 15% artaraq 4,337 mln. manat olub. Həmçinin bankın məcmu kapitalı 20% azalaraq 15,607 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 23,815 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın müştərilərinin sayı 3,8 dəfə artaraq 3 857, o cümlədən fiziki şəxslərin sayı 4,1 dəfə artaraq 3 854, hüquqi şəxslərin sayı isə 2 dəfə artaraq 273 olub.

Qeyd edək ki, bankın səhmdarları sırasında Rusiyanın «VTB Bank»ın payı 51%, «AtaHolding» Şirkətlər Qrupunun payı 48,99%, fiziki şəxslərin payı isə 0,01% təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR