Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib
# 22 fevral 2012 07:11 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Hadisə ötən gecə paytaxtın Xətai rayonu, Nobel prospektində qeydə alınıb. Bakı şəhər sakini, 25 yaşlı Miryusif Əhmədovun idarə etdiyi “VAZ 2108” markalı 90 XT 283 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə sürücü ölüb, maşında olan sərnişin isə xəsarət alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR