Azərbaycan nümayəndə heyəti Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin Monitorinq İclasında iştirak edib – FOTO

Azərbaycan nümayəndə heyəti Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin Monitorinq İclasında iştirak edib – <font color=red>FOTO </font>
# 28 fevral 2012 11:27 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi İnam Kərimov, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev və idarənin böyük prokuroru Elnur Musayev Parisdə keçirilən Azərbaycanın iştirakçısı olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində növbəti Monitorinq İclasında iştirak ediblər. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasın əsas sessiyasında OECD-nin Azərbaycan üzrə Milli Koordinatoru Kamran Əliyev hesabatla çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilmiş qanunvericilik və institusional tədbirlər, habelə korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış cinayət təqibi barədə məlumat verib.
Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən ingilis dilində hazırlanmış “Azərbaycanda hüquq-mühafizə üsulları ilə korrupsiyaya qarşı mübarizə” adlı kitabın təqdimatı keçirilib.
Tədbirin son sessiyasında İstanbul Fəaliyyət Planının (İFP) 2012-ci il, habelə 2013-2015-ci illər üçün fəaliyyət proqramı müzakirə edilərək üzv ölkələr tərəfindən bəyənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR