Gədəbəy sakini Bakıda daşkəsən maşına düşərək ölüb

Gədəbəy sakini Bakıda daşkəsən maşına düşərək ölüb
# 06 mart 2012 07:53 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda daş karxanasında bədbəxt hadisə qeydə alınıb. Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayon ərazisində yerləşən “Vulkan” daş karxanasında baş verib. Karxanada maşinist işləyən, Gədəbəy rayon sakini, 41 yaşlı Əfqan Qurbanov daşkəsən maşının kardanına düşərək ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR