Azərbaycanda fevralda inflyasiya 0,1% olub

Azərbaycanda fevralda inflyasiya 0,1% olub
# 07 mart 2012 14:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayında Azərbaycanda ərzaq məhsulları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,1% bahalaşması, qeyri-ərzaq mallarının qiymətlərinin isə sabit qalması (0,6%) ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,1% bahalaşmasına səbəb olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində ərzaq məhsullarından düyü, qoyun əti, kolbasa məmulatları, təzə balıq, pasterizə və sterilizə olunmuş üzlü süd, pendir, naringi, banan, alma, armud, heyva, nar, şabalıd, kələm, qoz və fındıq, göyərtinin qiyməti bahalaşıb, qarabaşaq yarması, çörək, mal və toyuq əti, pasterizə olunmamış üzlü süd, yumurta, günəbaxan və zeytun yağları, limon, portağal, çuğundur, kök, sarımsaq, soğan, kartof və s. məhsulların qiymətləri isə ucuzlaşıb.

Fevral ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR