Rusiyanın Nijniy Novqorod şəhərində 85 nəfər etiraz aksiyası iştirakçısı həbs edilib

Rusiyanın Nijniy Novqorod şəhərində 85 nəfər etiraz aksiyası iştirakçısı həbs edilib
# 10 mart 2012 22:15 (UTC +04:00)
Bakı-APA. Rusiyanın Nijniy Novqorod şəhərində icazəsiz keçirilən etiraz aksiyasının 85 nəfər iştirakçısı həbs edilib.

APA-nın İnterfaks informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, şəhər polis idarəsindən bildiriblər ki, aksiyaya ümumilikdə 100 nəfərə qədər müxalifətçi qatılıb.
Onlar şəhərin mərkəzi Pokrovskaya küçəsində yürüş keçirməyə cəhd ediblər.
Saxlanılanlarla qarşı ictimai asayişi pozulması maddəsi ilə protokollar tərtib edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR