Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə “Bakıya uçuş” adlı sərgi keçiriləcək

Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə “Bakıya uçuş” adlı sərgi keçiriləcək
# 05 aprel 2012 06:44 (UTC +04:00)
Heydər Əliyev Fondundan APA-ya verilən məlumatda bildirilir ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən səyyar sərgini Şərqlə Qərb mədəniyyətinin qovşağından ilhamlanan müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi qiymətləndirmək olar.

Sərginin ilk təqdimatı ilin əvvəlində Londonda - dünyanın ən böyük art auksionu sayılan Phillips de Pury and Company qalereyasında olub.

Müxtəlif beynəlxalq sərgilərin təşkilatçısı kimi tanınan Nerve Mikaeloffun kuratorluq etdiyi növbəti sərgi Parisdə - Salomon de Rotşild malikanəsində keçiriləcək.

“Bakiya uçuş” sərgisi qədim və ənənələrlə zəngin Azərbaycanın müasir incəsənətini əhatə edən maraqlı konsepsiya əsasında hazırlanıb. Bakının özünəxas simasını və sürətlə inkişaf edən müasir Azərbaycanı təqdim etmək üçün müxtəlif nəsildən olan yaradıcı insanların - Ağa Hüseynov, Aida Mahmudova, Əli Həsənov, Altay Sadıxzadə, Elyar Əlimirzəyev, Ənvər Əsgərov, Faiq Əhməd, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Hüseyn Haqverdi, İrina Eldarova, Leyla Əliyeva, Məmməd Mustafayev, Məlik Ağamalov, Mirnadir Zeynalov, Niyaz Nəcəfov, Orxan Hüseynov, Rəşad Ələkbərov, Rəşad Babayev, Sənan Ələsgərov və Törə Ağabəyovanın əsərləri seçilib.

Təqdim olunan rəssamlıq, qrafika, heykəltəraşlıq, installasiya, video-art, foto performanslarının müəllifləri əsərlərində Azərbaycanın müasir viziual incəsənətinin dərin qatlarını və müxtəlifliyini açmaqla yanaşı, çoxşaxəli mədəni məkanda öz parlaqlığını qorumaq imkanını da nümayiş etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR