Neftin ucuzlaşması davam edib

Neftin ucuzlaşması davam edib
# 11 aprel 2012 06:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Aprelin 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,44 dollar və ya 1,4% azalaraq 1 barelə görə 101,02 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, aprelin 10-da ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,79 dollar və ya 2,3% azalaraq 119,88 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR