Pakistan parlamenti ABŞ-ın pilotsuz təyyarələrinin uçuşlarının dayandırılmasına çağırıb

Pakistan parlamenti ABŞ-ın pilotsuz təyyarələrinin uçuşlarının dayandırılmasına çağırıb
# 13 aprel 2012 02:46 (UTC +04:00)
Bak-APA. Pakistan parlamenti Birləşmiş Ştatlar və NATO ilə əlaqələrin yeni şərtlərini yekdilliklə təsdiq edərək, Pakistan ərazisində ABŞ-ın pilotsuz təyyarələrinin uçuşlarının dərhal dayandırılmasına çağırıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə,
qanunvericilər keçən il noyabr ayında NATO-nun Pakistanın Əfqanıstanla sərhədində 24 adamın ölümü ilə nəticələnən hava hücumlarından sonra ABŞ-la əlaqələrin yenidən nəzərdən keçirilməsinə başlayıblar. Hücum ABŞ və Pakistan arasında münasibətlərin ən aşağı səviyyəyə düşməsinə və Pakistanın NATO qüvvələrinin Əfqanıstana təchizat çatdırdığı yolu bağlaması nəticələnib.

Pakistanın Baş naziri Yusuf Raza Gilani parlamentdə qanunvericilərə deyib ki, onun hökuməti sərhəddə koalisiya qüvvələrinin hücumlarına görə qeyd şərtsiz üzr istəməsi də daxil olmaqla, tövsiyələrə əməl olunmasını təmin edəcək.

Yeni şərtlərə habelə Pakistan ərazisinə heç bir bəhanə ilə daxil olmaq imkanının verilməməsi və xarici ölkələrin kəşfiyyat agentlərinin ölkə ərazisində fəaliyyətinin qadağan olunması daxildir.

Əl-Qaidə lideri Usəma Bin Laden ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin Pakistanın Abbotabad şəhərində keçən il may ayında keçirdiyi əməliyyat nəticəsində öldürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR